Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev İsmayıllı rayonu üzrə respublika fənn olimpiadasının yarımfinal turunda qalib olan şagirdlərlə görüşüb.

İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə qalib şagirdlər, onların fənn müəllimləri və təhsil aldıqları məktəblərin direktorları iştirak ediblər.

R.Əliyev qalib şagirdləri təbrik edərək, onlara növbəti mərhələdə də uğurlar arzulayıb.

Qeyd edək ki, İsmayıllı rayonu 28 nəfər şagirdin Respublika Fənn Olimpiadasının final mərhələsində iştirak etmək hüququ qazanması nəticəsində kənd rayonları arasında I və II yerləri bölüşüb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir