Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, “Addım” Gənclərin İnkişafı Mərkəzi İctimai Birliyinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Gənc veteran-fermer” Vətən müharibəsinin gənc iştirakçılarının məşğulluğuna dəstək proqramı” çərçivəsində “İlkin psixo-sosial dəstək” mövzusunda təlim keçirilib.
Təlimdə rayonda fəaliyyət göstərən müəssisələrin gənc əməkdaşları və rayonumuzun qaziləri iştirak edib.
Təlimçilər öncə layihənin məqsədi barədə məlumat verib, daha sonra karyera planlaması mövzusunda təlim keçirilib. Sonda təlim iştirakçıları sertifikatla təltif olunub.
Leyla Ağamalızadə,
Gənclərin İnkişaf və Karyera Mərkəzi İsmayıllı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi