19 yanvar 2023-cü il tarixində İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Qərənfildən xarı bülbülə gedən zəfər yolu” adlı tədbir keçirilib.
Tədbirdə Mərkəzin əməkdaşları, şəhid anaları, orta təhsil müəssisələrinin şagirdləri iştirak edib. Şagirdlər vətənpərvərlik ruhunda şeirlər səsləndirib, “Qərənfildən xarı bülbülə gedən zəfər yolu” adlı ədəbi-bədii kompozisiya ətrafında çıxış ediblər. Eyni zamanda Azərbaycan xalqının tarixi şücaətini əks etdirən filmə baxış keçirilib.
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi yanında yaradılan ekspertlər qrupunun üzvləri şəhid anası Aynurə Mirzəliyeva, Könül Şıxıyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsinin əməkdaşı Aydın Səmədov öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb, Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad ediblər.
Nərgiz Əlövsətli