Ölkə ictimaiyyətinin diqqətini gender əsaslı zorakılıqla (GƏZ) mübarizəyə cəlb etmək məqsədi ilə hər il 25 noyabr-10 dekabr tarixləri arasında 16 gün ərzində davam edən tədbirlər həyata keçirilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə 8 dekabr 2022-ci il tarixində Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq” kampaniyası çərçivəsində müxtəlif maarifləndirmə tədbirləri həyata keçirilib.

GƏZ-lə mübarizə sahəsində maarifləndirmənin əhalinin bütün təbəqələri, xüsusilə də gənclər arasında aparılmasının vacibliyini nəzərə alaraq İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Gender əsaslı zorakılığa yox deyək!” adlı tədbir keçirilib. Tədbirdə məişət zorakılığı barədə məlumat verilib, zorakılığın növləri, onu yaradan səbəblər mərkəzin oğlan tələbələri ilə birlikdə geniş müzakirə edilib. Tədbirdə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi, İsmayıllı Peşə Tədris Mərkəzi, Rayon Polis Şöbəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşları, İsmayıllı şəhər məscidinin imamı iştirak edib.

Silsilə tədbirlərin davamı olaraq “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində növbəti maarifləndirmə tədbiri İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin konfrans zalında keçirilib. Tədbirdə ümumilikdə 155 nəfər iştirak edib. Cinsi ayrıseçkiliyin insanlara mənfi təsiri haqqında geniş danışılıb. “16 günlük kampaniya” kimi geniş şəkildə tanınan bu tədbir hamını qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırır. Məişət zorakılığı haqqında insanları məlumatlandırma, zorakılığın doğurduğu mənfi nəticələrin müzakirə olunması və qurbanların müdafiəsinə dair mövcud mexanizmlər haqqında məlumatlılığın artırılmasına töhfə vermək tədbirin əsas məqsədidir.

Tədbir iştirakçılarına “Məişət zorakılığının qarşısını alaq”,”Gender əsaslı cins seçiminə yox deyək”,”QİÇS-ə yox” adlı bukletlər paylanmış, geniş oxucu kütləsinin istifadəsi üçün məktəbin kitabxanasına “Məişət zorakılığının qarşısını alaq “,”Gender əsaslı cins seçiminə yox deyək”,”QİÇS-ə yox”,”Ailə, zorakılıq, uşaq”, “İnsan alverinin qurbanı olma”,”Uşaqlara qarşı cinsi zorakılıqla mübarizə”,”Erkən nikah – 50 sual, 50 cavab” adlı bukletlər təqdim edilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir