İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin işçiləri noyabr ayının ilk gününə düşən peşə bayramını xüsusi təmtəraqla qeyd ediblər.
Bu münasibətlə həmin gün İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri və bir qrup əməkdaşı ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi önünə tər güllər düzərək, xatirəsini ehtiramla yad ediblər.
Başçı kənd təsərrüfatı işçilərini peşə bayramları münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Söhbət zamanı kənd təsərrüfatında yüksək nəticənin gərgin əməklə əldə olunması bir daha vurğulanıb.