İsmayıllı Rayon İcra Hakimiyyətində başçı Nahid Bağırovun iştirakı ilə vətəndaşların problemlərini öyrənmək və onların həllinə çalışmaq məqsədilə rayonun aidiyyatı idarə və təşkilat rəhbərləri ilə birgə növbəti dəfə vətəndaş qəbulu keçirilib.
Qəbulda sakinlərin müraciətləri dinlənilib, problemlər maraqla dinlənilib. Səsləndirilən müraciətlərin hər birinə həssaslıqla yanaşılıb və araşdırılması vacib məsələlər ilə bağlı müvafiq qurumlara tapşırıqlar verilib.
Bundan sonra da vətəndaş qayğılarının daim diqqətdə saxlanılacağı qeyd olunub.