Zəfər günü münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) İsmayıllı Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə “Zəfərin mübarək, Vətən!” adlı tədbir keçirilib.

Tədbirdə RİH-nin başçısı Nahid Bağırov, SHXÇDX-nin İsmayıllı rayon Şöbəsinin rəisi Əfran Nəbiyev, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və məktəblilər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə açan rayon rəhbəri N.Bağırov tədbir iştirakçılarını tarixi Zəfər münasibətilə təbrik edib. RİH-nin başçısı qeyd edib ki, xalqımızın Ali Baş Komandan İlham Əliyevə və müzəffər ordumuza inamı, dəstəyi, həmçinin xalqımızın nümayiş etdirdiyi milli və siyasi həmrəylik yaşadığımız Qələbə sevincinin ideoloji əsasını təşkil edir. O, həmçinin vurğulayıb ki, tarixi Qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək, tarixdə əbədi qalacaq və heç vaxt unudulmayacaqdır. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir.

Tədbirdə iştirak edən şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə xüsusi minnətdarlıq ifadə ediblər.

SHXÇDX-nin İsmayıllı rayon Şöbəsinin rəisi Ə.Nəbiyev bir qrup Vətən müharibəsi iştirakçısının Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunduğunu bildirərək, “Vətən müharibəsi iştirakçısı” medallarını sahiblərinə təqdim edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir