30 ilin uğurları xatirələrimdə silinməz izlər buraxmışdır. 1991-1992-ci illəri yaxşı xatırlayıram. Həmin illərdə ölkədə fəaliyyət göstərən siyasi partiyaların heç biri baş verən siyasi, ictimai hadisələrə nüfuz etmək, həmin dövrdəki özbaşınalığın, siyasi hərc-mərcliyn qarşısını almaq iqtidarında deyildi. Məhz qüvvətli, nüfuzlu, xalqın xilaskarı olan, dövləti və dövlətçiliyi qoruya bilən bir siyasi partiyanın yaranmasına ehtiyac var idi. Ulu öndər Heydər Əliyevin təşəbbüskarı və memarı olduğu Yeni Azərbaycan Partiyası belə çətin bir dövrdə 21 noyabr 1992-ci ildə yarandı və fəaliyyətə başladı.

Yarandığı ilk dövrdən YAP Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadı. Ulu öndərimiz Heydər Əliyevin söylədiyi kimi, YAP bu günün, sabahın və gələcəyin partiyası kimi nüfuzlu, aparıcı qüvvəyə çevrildi. Partiyanın rəhbəri Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan dövləti parçalanmaqdan xilas oldu, müstəqilliyini əbədiləşdirdi. Xalqın rəhbərə, dövlətə, dövlətçiliyə olan inamı bərpa olundu. Azərbaycan xalqı öz rəhbərinə inandı və ona arxa, dayaq durdu. Azərbaycan Respublikasının beynəlxalq nüfuzu artdı, nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edildi. Üçrəngli bayrağımız qüdrətli dövlətlərin bayraqları ilə yanaşı BMT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatların qarşısında dalğalandı.

Qarabağ uğrunda gedən döyüşlərdə irəliləyişə nail olundu. Füzuli istiqamətində gedən döyüşlərdə Horadiz kimi əhəmiyyətli yaşayış məntəqəsi erməni işğalçılarından azad edildi. Atəşkəsə nail olundu. İqtisadiyyatın inkişafına, ordu quruculuğuna diqqət artırıldı. Əsrin müqaviləsi imzalandı. BakıTbilisiCeyhan neft kəmərinin istifadəyə verilməsi sübut etdi ki, Azərbaycan dövləti müstəqil siyasətini uğurla davam etdirir. Orduda vahid idarəetmə sistemi bərpa olundu. Ordunun möhkəmləndirilməsi, döyüş qabiliyyətinin bərpa edilməsi üçün bütün zəruri imkanlar səfərbər edildi. 2016-cı ilin aprel döyüşlərində, 44 günlük II Qarabağ müharibəsində YAP-nın sədri müzəffər Ali BKomandan İlham Əliyevin qəhrəman Azərbaycan ordusunun və Azərbaycan xalqının birliyi nəticəsində Qarabağ erməni işğalından azad edildi.

YAP-nın sədri, Respublikamızın Prezidenti İlham Əliyevin rəhbərliyi dövründə də partiyanın Azərbaycanın ictimai həyatında rolu daha da artdı. Azərbaycan vətəndaşları ölkədə sabitlik, əmin-amanlıq şəraitində yaşayırlar, ölkənin rəhbərinə, sabahına və gələcəyinə inanırlar. Azərbaycan çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Avropa və Avrasiyanı birləşdirən BakıTbilisi və Qars dəmir yolunun istifadəyə verilməsi, yeni əsrin neft müqaviləsi kimi layihələrin həyata keçirilməsi Azərbaycan Respublikasının müstəqil siyasətinin bariz nümunəsidir.

Bütün bunlar ölkəmizdə həyata keçirilən, düzgün, hərtərəfli, düşünülmüş, uğurlu, iqtisadi, siyasi və sosial məsələlərin nəticəsidir. YAP-ın yaranmasının 30 ili tamam olur. 30 yaşını uğurla başa vuran YAP gələcəkdə 100-200 və daha çox illəri arxada qoyacaq. Azərbaycanın nüfuzlu siyasi partiyası, aparıcı qüvvəsi kimi həmişə öndə olacaqdır. Yubiley münasibətilə siyasi həmfikirlərimi təbrik edir, onlara YAP-ın sıralarında daha mətin, daha cəsarətli olmağı arzulayıram.

Yaşar Nuriyev,

1993-cü ildən mart ayından YAP üzvü

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir