İsmayıllı Rayon Gənclər və İdman İdarəsi (Gİİ), Dağlıq Şirvan Regional Təhsil İdarəsi (DŞRTİ) İsmayıllı sektoru və İsmayıllı Olimpiya-İdman Kompleksinin birgə təşkilatçılığı ilə 1 noyabr 2022-ci il tarixdə İsmayıllı Olimpiya-İdman Kompleksində 8 Noyabr – Zəfər Günü münasibətilə məktəblər arasında “Zəfər kuboku” adlı mini futbol üzrə rayon birinciliyi keçirilib.

Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə açıq elan edilən tədbir daha sonra Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının əziz və əbədi xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam etdirilib.

Tədbir 8 Noyabr – Zəfər Gününün qeyd edilməsi, futbol idman növünə marağın artırılması və rayonda bədən tərbiyəsi və idman kütləviliyinin yüksəldilməsi məqsədini daşıyıb.

Tədbirdə İsmayıllı RHİ-nin məsul əməkdaşı, İsmayıllı rayon Gİİ-nin rəisi, DŞRTİ-nin İsmayıllı sektorunun metodisti, idman müəllimləri və məktəbli futbolçular iştirak ediblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, bu cür yarışların keçirilməsi həm 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbənin gələcək nəsillərə çatdırılması, yaşadılması, həm də gənclərdə və yeniyetmələrdə sağlam həyat tərzinin formalaşması, rayon ərazisində idman kütləviliyinə nail olması baxımdan əhəmiyyətlidir.

20 məktəbdən 20 komandanın iştirak etdiyi oyunların final mərhələsi 2 noyabr 2022-ci il tarixdə keçirilib. Qaliblər İsmayıllı rayon Gİİ-i tərəfindən kubok və diplomlarla mükafatlandırılıb.

Rəvanə Firudinli

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir