Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyində nümayəndəlik üzvlərinin, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi şagirdlərinin iştirakı ilə “Gənclər və narkomanlığa qarşı mübarizədə maarifləndirmə işinin təşkili” adlı təlim keçirilib.
Təlim zamanı Narkomanlığa və Narkotik VQDQ Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun sektor müdiri Raqif Allahverdiyev tərəfindən, narkotik asılılıq və onun psixoloji səbəbləri, narkotik vasitə qəbul edənlərin fiziki əlamətləri, narkotik istifadəçilərinin davranış əlamətləri, narkotik asılılığın müalicəsi və s. mövzular haqqında ətraflı məlumat verilib.
Təlimin sonunda gənclərin sualları cavablandırılıb və təlim iştirakçılarına sertifikatlar təqdim edilib.
Qeyd edək ki, təlim Narkomanlığa və Narkotik VQDQ Mübarizə üzrə Dövlət Komissiyasının, Azərbaycan Gənclər Fondunun və Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbir xatirə şəkli çəkilməsi ilə yekunlaşıb.
Leyla Ağamalızadə