İsmayıllıda “Şuşa ili” çərçivəsində Zəfər gününə həsr olunmuş “Zəfərin mübarək, Azərbaycan!” adlı konsert proqramı təşkil olunub.

Heydər Əliyev adına Mədəniyyət Mərkəzində təşkil olunan bayram konsertində Millət vəkili Novruzəli Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət edib, Ulu öndərin və şəhidlərin xatirələrini ehtiramla yad ediblər.

Konsert proqramı torpaqlarımızın azadlığı uğrunda canını fəda edən vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbir Respublikanın tanınmış incəsənət ustalarının ifasında möhtəşəm konsert proqramı ilə davam edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir