İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində 1 Noyabr – Kənd Təsərrüfatı İşçilərinin Peşə Bayramı qeyd edilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri kollecin direktoru, dosent Kəmalə Süleymanlı açıb. O, çıxışında Prezidentimiz cənab İlham Əliyevin digər sahələrlə yanaşı, aqrar sahəyə də göstərdiyi diqqət və qayğıdan danışıb. Rəhbərlik etdiyi kollecdə də bu sahə üzrə yetərincə ixtisasın olduğunu, işlər görüldüyünü diqqətə çatdırıb.

Tədbirdə iştirak edən qonaqlardan İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik şöbəsinin müdiri Paşa Məmmədov və İsmayıllı Rayon Bitki Mühafizə İdarəsinin rəisi Akif Əsədov çıxış edərək aqrar təsərrüfatın müasir vəziyyəti, inkişafı, gələcək prespektivləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Aqronomluq, meşə və meşə-park təsərrüfatı, ət-süd məhsullarının texnologiyası, qida təhlükəsizliyi, şərabçılıq, çörək-un qənnadı məmulatları texnologiyası fakültələri üzrə təhsil alan tələbələr iştirakı, həmin fakültələrin müəllimlərinin rəhbərliyi ilə kiçik tədqiqat işlərinin nəticələri təqdim olunub.

Günün bayram kimi qeyd olunduğunu nəzərə alan tələbələr kənd təsərrüfatının tarixini əks etdirən “Keçmişdən bugünə” adlı səhnəcik nümayiş etdiriblər. Oxunan şən mahnılar, rəqs nümunələri tədbirə xüsusi rəng qatıb.

Tədbirin sonunda yazı müəllifinin təşkil etdiyi kənd təsərrüfatı məhsulları sərgisinə baxış keçirilib. Bayrama həsr olunan tədbir kollecin pedaqoji kollektivi və tələbələrin iştirakı ilə keçirilən ağacəkmə aksiyası ilə yekunlaşıb.

M.Ağayeva,

kollecin ekologiya və aqrar fənlər komissiysının sədri

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir