4 noyabr 2022-ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində möhtəşəm Qələbəmiz münasibətilə 8 noyabr “Zəfər günü” tədbiri keçirilib.
Tədbirdə təhsil ocağının müəllim və tələbələri, kollecin şəhid tələbə və məzunlarının valideynləri, Vətən müharibəsində iştirak edən qazi və müharibə iştirakçısı olan tələbələri, İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi və digər qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kollecin tarix müəllimi Mövlud Ağayev tədbir iştirakçılarına 44 günlük müharibə barədə geniş məlumat verib. Ardınca tələbələr hazırladıqları mahnıları, rəqsləri ifa etdilər, şeirlər söyləyib, Zəfər Gününə aid səhnəciklər nümayiş etdiriblər.
Tədbirdə Vətən müharibəsinin iştirakçısı olmuş kollec tələbələri öz döyüş yollarından, qazandıqları uğurlardan danışb, rəhbərliyinin onlara verdiyi böyük dəyərə görə təşəkkürlərini bildiriblər.
Şəhid valideynləri kollecin ərazisində inşa olunmuş “Şəhidlər” xatirə kompleksini də ziyarət ediblər. Onlar bayramın ıtəşkil olunmasına və kollec kollektivindən hər zaman qayğı gördüklərinə görə kollektivə minnətdar olduqlarını bildiriblər.
Bayram tədbirinin sonunda kollecin direktoru Kəmalə Süleymalının məzmunlu çıxışı dinlənilib. O, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulayıb.
Yekunda şəhid ailələri, müharibə iştirakçıları çay süfrəsinə dəvət olunublar. Tədbirdə səsləndirilən şüarlar sürəkli alqışlarla qarşılanıb:
Zəfər bayramın mübarək, Azərbaycan!
Eşq olsun Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır!