Şəhidlərin unudulmayacağı dövlət səviyyəsində və fərdi qaydada qəbul olunmuş bir vəzifədir. Bu vəzifədən irəli gələn haldır ki, gənc nəslin nümayəndələri, xüsusilə də məktəbli və tələbələrlə hər gün bu istiqamətdə maarifləndirici tədbirlər həyata keçirilir.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində bu məsələyə tam ciddiliyi ilə yanaşılır və müntəzəm olaraq müxtəlif səpkili tədbirlər hazırlanır.
Bu yaxınlarda tibb bacısı (qardaşı) işi ixtisasının tələbə və müəllim heyəti şəhid Aqil Mirzəliyevin məzarını ziyarət ediblər. Ziyarətçilər İsmayıllıdakı Şəhidlər xiyabanında şəhid məzarları üzərinə tər çiçəklər qoyublar. Şəhidin ruhuna dualar səsləndiriblər.
Sonda şəhid Aqil Mirzəliyevin ev muzeyi ziyarət olunub. Tələbələr şəhidin valideynlərinə tərbiyə etdikləri qəhrəman övlada görə minnətdarlıq ediblər.