2022-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 103 nəfər və ya 1,2 faiz artaraq 8901 nəfər olmuş, onlardan 5463 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 3438 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 31,0 faizi təhsil, 26,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,0 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 2,9 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 0,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 0,2 faizi peşə, elmi və texniki fəaliyyət, 0,9 faizi maliyyə və sığorta fəaliyyəti, 10,5 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2022-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 15,7 faiz artaraq 527,7 manat olmuşdur. İqtisadiyyatın dövlət sektorunda orta aylıq nominal əməkhaqqı 615,7 manat, qeyri-dövlət sektorunda 387,4 manat təşkil etmişdir.

Daşdəmir Məmmədov,

İsmayıllı Rayon Statistika İdarəsinin rəis müavini

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir