Azərbaycan Respublikasında “Zəfər Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn, Elm və Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş Dağlıq Şirvan Regional Təhsil İdarəsinin “Tədbirlər Planı”na uyğun olaraq 4 noyabr 2022-ci il tarixdə İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində şanlı Qələbəmizin ikinci ildönümü münasibətilə “Zəfərin mübarək, Vətən!” adlı tədbir keçirilib.

Tədbir Dövlət himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Güllübəyim Lətifovanın təşkil etdiyi tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Rayon  Sektorunun əməkdaşları, məktəbin müəllim kollektivi və şagirdlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gündüz Qədirov möhtəşəm qalibiyyətin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına sahib, qəhrəman Azərbaycan əsgər və zabitlərinin əvəzsiz rolu olduğunu diqqətə çatdırıb.

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Rayon Sektorunun əməkdaşı Rəşid Məmmədli çıxış edərək 30 il davam edən işğala son qoyulması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, məcburi köçkünlərə doğma yurdlarına qayıtmaq imkanlarının yaradılmasını müasir tariximizin ən möhtəşəm hadisəsi olduğunu bildirib. 

Ardınca şəhidlərimizin şərəfli həyat və mübarizə yolunu əks etdirən videoçarxlar nümayiş olunub. Sonda məktəbin IV “A” sinif şagirdlərinin hazırladığı şanlı Zəfərimizdən bəhs edən ədəbi-bədii kompizisiya tədbir iştirakçılarının xüsusi marağına səbəb olub.

Elnarə Qasımova

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir