İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində (DPTM) İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin (Gİİ), İsmayıllı Rayon Polis Şöbəsinin (RPŞ) və məkan sahiblərinin təşkilatçılığı ilə “Yol hərəkətinin təhlükəsizliyi” mövzusunda  gənclərlə maarifləndirici tədbir keçirilib.

Tədbirdə İsmayıllı rayon Gİİ-nin rəisi və əməkdaşları, İsmayıllı DPTM-nin pedaqoji kollektivi, Rayon Polis Şöbəsinin RPŞ-nin Dövlət Yol Polis Bölməsinin (DYPB) məsul əməkdaşları və gənclər iştirak ediblər.

İsmayıllı rayon Gİİ-nin rəisi Taleh Salehov iştirakçıları salamlayıb. Qeyd edib ki, tədbirin keçirilməsində  əsas məqsəd yol hərəkətində hərəkətin təhlükəsizliyinin təmin edilməsi, eləcə də təbliğat işlərini gücləndirməklə baş verən yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.

İsmayıllı RPŞ-nin DYPB-nin məsul əməkdaşları çıxış edərək bildiriblər ki, ölkəmizdə bütün sahələr olduğu kimi, nəqliyyat sahəsi, eləcə də yol infrastrukturu durmadan inkişaf edir, yol şəbəkəsi genişlənir, yeni yollar çəkilir. Belədə yol hərəkəti təhlükəsizliyinin təmin olunması da əsas amil kimi önə çıxır. 

Çıxışlarda qeyd olunub ki, insanlar hər gün yollardan istifadə edirlər. Onların təhlükədən qorunmaq üçün yol hərəkəti qaydalarından xəbərdar olmaları vacibdir. Ani diqqətsizlik, piyada keçidlərindən düzgün istifadə olunmaması xoşagəlməz hadisələrə gətirib çıxara bilər. Buna görə də təhlükəsiz həyat üçün düzgün davranış vərdişlərinin erkən yaşlardan formalaşdırılmasına başlamaq şərtdəndir.

Tədbirin sonunda isə  İsmayıllı RPŞ-nin DYPB-nin məsul əməkdaşları  və iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb.

Rəvanə Firudinli 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir