İsmayıllı Dövlət Peşə Təhsili Mərkəzi (DPTM) rayonun sayılıb-seçilən təhsil müəssisələrindən biridir. Mərkəzin direktoru Rəşid Mirzəliyevdir. Rəşid müəllim gənc olmağına baxmayaraq iş bacarığı, rəhbərlik səriştəsi, ən əsası isə çalışdığı sahəni dərindən bilməsi ilə diqqət çəkir. O, 1987-ci ildə İsmayıllıda dünyaya gəlib. 2006-cı ildə ali təhsilini turizm ixtisası üzrə bitirərək hazırda rəhbərlik etdiyi DPTM-də əmək fəaliyətinə başlayıb. 2017-ci ildə mərkəzdə direktor müavini vəzifəsində çalışmağa başlayıb. Daha sonra isə direktor təyin edilib.
M
ərkəzin 300 şagird, 60-a yaxın müəllim və texniki işçi kontingenti vardır. Burada turizm, sənaye və kənd təsərrüfatı profilli ixtisaslar tədris edilir. Şagirdlər daha çox aşpaz, dərzi, traktorçu-maşinist, kompüter operatoru, üzüm və şərabçı, geyim üzrə dizayner, heyvandarlıq mütəxəssisi, arıçı, turizm, xalçaçılıq və sair ixtisaslara maraq göstərirlər.
Burada
əsasən təcrübəli və bacarıqlı müəllimlər çalışır. Onlar şagirdlərə seçdikləri peşənin sirlərini sevə-sevə öyrədirlər. Belə nümunəvi müəllimlərdən biznes kitablar müəllifi Tacəddin İbadovun, Orxan Yusifovun və başqalarının adını çəkmək olar. Məktəbin müasir standartlara uğyun geniş idman zalı və hər bir şəraiti olan yataqxanası vardır. Bu isə şagirdlərə öz vaxtlarından səmərəli istifadə etməyə imkan yaradır. Mərkəzdə hər il əmək bazarına uyğun yeni ixtisaslar açılır. Bu bölgədə turizm və kənd təsərrüfatı profilli ixtisaslara daha çox ehtiyac vardır. Mərkəzin bütün lazımı texnikalarının olması şagirdlərin seçdikləri ixtisası daha dərindən öyrənmələri üçün münbit şərait yaradır.
Bildiyimiz kimi, pe
şə təhsili əmək bazarına yaxın olan bir təhsil pilləsidir. Bu da onu göstərir ki, bu təhsil ocağını bitirən əksər tələbələr əmək bazarında daha tez iş tapır və öz uğurlu karyersını qurmağa başlayır.
M
ərkəzin direktoru Rəşid müəllim deyir: “Bizim peşə təhsili müəssisəmizdə bugünəcən minlərlə tələbə təhsil alıb. Onlardan hər il müəyyən sayda tələbə məzun olur. Bu o deməkdir ki, həmin şəxslər təhsil müəssisələrinə vida edərək əmək bazarına, əmək fəaliyyətinə başlayırlar. Bir qisim tələbələrimiz isə daha yüksək səviyyəli təhsil almaq üçün digər təhsil pillələrinə müraciət edirlər. Əgər ali təhsil müəssisələrində təhsildən əmək bazarına keçid il yarım-iki il təşkil edirsə, peşə təhsili müəssisələrində bu iki dəfə aşağıdır. Gənclərimizə müraciət etmək istəyirəm ki, peşə təhsili müəssisələrinə üz tutsunlar və peşə təhsili alsınlar. Əslində gənclərin bu təhsil müəssisələrinə olan marağı ilbəil artmaqdadır. Bu isə çox sevindirici haldır.
Pe
şə təhsili sahəsində peşə hazırlığının səmərəliliyinin artırılması, işə götürənlərin peşə təhsilinə inteqrasiyası və ölkə iqtisadiyyatının daha da güclənməsi üçün rəqabət qabiliyyətli ixtisaslı kadrların hazırlanması vacib şərtlərdən biridir. Tələbələrin peşə təhsili müəssisələrində əldə etdiyi biliklərin onların gələcəkdə ixtisaslı işçi kimi əmək bazarlarında fəaliyyətlərinə müsbət təsir göstərməsi də danılmaz faktdır.
M
ərkəzimizdə müəyyən olunmuş ixtisasların yüksək səviyyədə tədrisi ilə yanaşı, gənclərin milli şüurunun, vətənpərvərlik duyğularının inkişafına da xüsusi diqqət yetirilir. Bunun bariz nümunəsi məzun gənclərimizin 44 günlük Vətən müharibəsində fəal iştirak etməsidir. Onlardan biri olan xatirəsini böyük ehtiramla andığımız Tural Şıxızadədir. O, döyüşlərdə böyük şücaət göstərərək qəhrəmancasına şəhid olmuşdur. Həmçinin mərkəzin yetirmələri İlqar Eldarov və Mərdan Babayev də döyüşlərdə böyük qəhrəmanlıqlar göstəriblər. Biz hər zaman bu möhtəşəm Qələbə sevincini bizə yaşadan belə mərd və qəhrəman oğullarımızla fəxr edirik”.

Gülağa Cəfərov

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir