Rayonun, xüsusilə İsmayıllı şəhərinin sanitar təmizliyini qorumaq, bu sahədə aparılan işlərə diqqəti artırmaq məqsədilə Kommunal Müəssisələri Kombinatına məişət tullantıları atılması üçün növbəti dəfə yeni konteynerlər gətirilib.

Sevindirici və təqdirəlayiq haldır ki, bu arzulanan yenilik İsmayıllıdan olan iş adamları tərəfindən həyata keçirilib. İsmayıllı Komunal Müəssisələri Kombinatına ianə edilən yeni konteynerlər yaxın günlərdə rayonun müxtəlif küçə və meydanlarına, əhalinin intensiv hərəkət yerlərinə qoyulacaqdır.

Məlumat üçün bildiririk ki, bu ilk deyil, əvvəllər də rayonun müxtəlif ərazilərinə məişət tullantıları atılması üçün yeni konteynerlər qoyulmuşdur.

İsmayıllı xəbərləri”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir