5 oktyabr bütün dünya xalqları tərəfindən Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur. Bu tarixi gündən qaynaqlanan məsuliyyət hissi ilə gənc nəslin təlim-tərbiyə işini diqqətdə saxlayan İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecinin pedaqoji heyəti həmin gündə Azərbaycan təhsil sisteminin yenidən, əsaslı şəkildə qurulmasında misilsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət ediblər. Ziyarətçilər Ulu öndəri ehtiramla anaraq, abidə önünə tər çiçəklər düzüblər.
Kollecdə davam etdirilən tədbirdə ölkəmizin sabahı, qüdrət və qüvvəsi olan gənc nəslin təlim və tərbiyəsi ilə məşğul olan Azərbaycan müəllimi haqqında dəyərli ürək sözləri səsləndirilib.
Kollecin direktoru Kəmalə Süleymanlı həmkarlarını təbrik edib, onlara – ümumilikdə Azərbaycan müəlliminə möhkəm can sağlığı, uzun ömür və peşə fəaliyyətində davamlı uğurlar arzulayıb.
“İsmayıllı xəbərləri”