Rayon İcra Hakimiyyəti rəhbərliyinin fəaliyyətində əhalinin bilavasitə yerlərdə qəbulu əsas yer tutur. Hər bir kənddə, yaşayış məntəqəsində ardıcıl olaraq görüş-qəbullar keçirilir, problemlərin həlli üçün operativ qaydada cari və perspektiv tədbirlər müəyyənləşdirilir.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Qoşakənd sakinləri ilə tam orta məktəbinin iclas zalında görüşdü.
Qoşakənddə qəbul

Əvvəlcə o, rayonda gedən işlərdən, açılan iş yerlərindən, həyata keçirilən əhəmiyyətli layihələrdən, perspektiv inkişaf proqramından danışdı. Sonra isə sözü, təklifi, şikayəti olan hər bir sakini dinlədi. Aid strukturlara müvafiq tapşırıqlar verdi, icrası üçün konkret vaxt müəyyən etdi.
Buradakı görüş-qəbulda vətəndaşlar ictimai məsələlərdən çox fərdi istəklərə üstünlük verdilər. Bunu da ərazidə sosial infrastrukturun səviyyəsinin qənaətbəxş olmaması ilə əlaqələndirmək olar. Fikir söyləyən Qoşakənd, Ağbulaq Tubukənd sakinləri bu yaşayış məntəqələrinə təbii qazın nə vaxt veriləcəyi və gediş-gəliş üçün yolların nə vaxt rahatlığa düşəcəyi ilə maraqlandılar.
Qoşakəndə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun layihəsi əsasında 10 il bundan əvvəl içməli su xətti çəkilib. Su boldur. Lakin ondan istifadə edənlər ədalət prinsipini gözləmədiyindən narazılıqlar yaranır. Bu məsələnin həllində yerli strukturlar qətiyyət nümayiş etdirməlidir.
Sonda RİH-nin başçısı Mirdaməd Sadıqov görüş-qəbulda iştirak edən rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinə qaldırılan məsələləri dərindən araşdırmağı, təhlil etməyi və əsaslı tədbirlər görməyi tapşırdı.
V.Salehov ,
RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi