Basqal diqqət mərkəzindədir
Basqal qəsəbəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət yetirdiyi yaşayış məskənlərindən biridir. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Basqalın problemlərinə, tarixi abidələrinin, bazar meydanının bərpasına məhz bu əsasda yanaşır.
RİH-nin başçısı Mirdaməd Sadıqov Basqalda olmuş, ağsaqqallarla məsləhətləşmiş cari və perspektiv icra üçün bir sıra layihələr müəyyənləşdirmişdir.
Bazar meydanında yarımçıq qalmış böyük bina xeyir-şər evi kimi başa gətiriləcək. Burada yarımçıq qalmış binaların tikintisi davam etdiriləcək.
Qəsəbədə dini ayinlərin icrası üçün məscid var. Baxımsız qalan digər məscid binası əsaslı təmir olunacaq və mədəniyyət evi kimi istifadə ediləcək.
Həkim məntəqəsi Basqal məktəbinin köhnə binasında yerləşir. Uzun illər baxımsız qalmış və az qala sıradan çıxmışdır. Bu obyektlərin də əsaslı təmir olunması barədə tapşırıq verilmişdir.
Qəsəbənin ağsaqqalları bütün bunları ölkə rəhbərinin qayğısının təzahürü kimi qəbul etmiş və ona minnətdarlıqlarını bildirmişlər.
İnsanlara, onların problemlərinə həssaslıqla yanaşdığı üçün məsləhətləşməyə gələnlər Mirdaməd müəllimə təşəkkür etmişlər.
V.Salehov ,
RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi