23 sentyabr şəhid baş leytenant, müəllim Famil Əhmədzadənin mövludu günüdür. Vətənin azadlığı uğrunda mübarizədə canından keçən hər bir şəhidimiz, eləcə də Famil müəllim gələcək nəsillərimizə örnəkdir. Şəhidin 50 illik yubileyi çoxsaylı ziyarətçilər – İsmayıllı rayonunun məktəbliləri və təhsil işçilər, ictimaiyyəti tərəfindən dərin ehtiramla qeyd olunub.
27 sentyabr – Anım günü ərəfəsində İsmayıllı şəhərindəki Şəhidlər xiyabanını ziyarət edənlər şəhid Famil Əhmədzadənin mövludunu qeyd etməklə bərabər burada uyuyan şəhidlərimizin məzarı üzərinə gül dəstələri qoyub, onların müqəddəs ruhlarına dualar səsləndiriblər.
Ziyarətçi məktəblilər Vətənə, torpağa, qəhrəmanlığa aid şeirlər söyləyərək, şəhidləri heç zaman unutmayacaqlarına və unutdurmayacaqlarına söz veriblər.
“İsmayıllı xəbərləri”

