Şadiyəbanu Soltanova

Şadiyəbanu Soltanova 1979-cu ilin sentyabr ayının 5-də Özbəkistan Respublikasının Xarəzm vilayətində anadan olub. 20-dən artıq kitabı, 100-dən artıq məqaləsi çap olunub.

Əsərləri tərcümə olunaraq Hindistanda, İspaniyada, İtaliyada, Amerikada, Türkiyədə, Misirdə və Rusiyada çapdan çıxıb. Filoloq, tərcüməçi və şairədir. Özbəkistan Yazıçılar Birliyinin üzvü, “Abay” beynəlxalq qızıl medalı ilə təltif olunub.

 

***

Səni nə vaxtdan sevdiyimi bilsəydin,

Adına, canına bağlı ürək…

Uzaqlaşdın…

Yaxınlaşdın gah,

Eynən – təsbeh dənələritək!

 

Bu sevgiyə min yol təşəkkür,

Qəddim dik, dirək,

Heç olmaz əyik…

Qulağımın dibində sözlərin

Eynən – təsbeh dənələritək!

 

Bu duyğunun adı eşq imiş,

Bu gün gəzdim xalis dəlitək.

Tövbəyə baş əydim, bağışla,

Eynən – təsbeh dənələritək!

 

Ey Allahım, özünə şükür,

Vurğunam ibadətə, yox şəkk…

Rəhminə ümidvardır qəlbim,

Eynən – təsbeh dənələritək!

 

***

Uzun-uzun, qərib gecələr,

Tək haqqında danışar daim.

Boran kimi tam vücuduma

Eh! Eşqini salmış İlahim.

 

Uçar quştək uçuşda xəyal,

Gülüşlərin – bəxtsiz olmağım.

Belə isə mümkünmü, canım,

Sənə tərəf can atmamağım?!

 

***

Sən – yellər əsdirən bir gözəl,

Qəlbləri titrədib doymursan.

Günəştək parlaqsan, ey gözəl,

Cilvəni kənara qoymursan.

 

Küləksən, zövq ilə əsib və gülüb,

Halımı, əhvalımı sorursan.

Yağışlar… Yağışcan… səs salıb,

Məktublar yollayıb durursan…

 

Sən məktub yollayan ilham mələyim

Nəyim var toxunub doymursan.

Sənət bağlarının şəffaf səsindən,

Qəribə xəbərlər ünvanlayırsan.

 

***

Bu gün yenə həsrətlər çəkib,

Adına dualar dualadım,

Göyərçinlərə  güvənib, neynək,

Sənə sarı məktub yolladım.

 

Yarım, əsla narahat olma,

Pəncərəni çırparsa külək.

Bir şeir yazdım sənə bu gün də

Eşqimiz xəzansa… nə etmək?..

 

O yazılan xətlər altında,

Dincliklə dolu bir cüt göz var…

 

Min il oldu, biz görüşmədik

 

Min il oldu, biz görüşmədik,

Min cür əzab keçdi bu candan.

“Min bir gecə” nağılları da

Doğulubdu belə hicrandan.

 

Gəlməməyindən keçdi min il,

Min nəhəng daş ürəyə batdı.

Min cür  xəyal sərt rəqib kimi,

Qəlbə necə əzabla çatdı?

 

Min il oldu, biz görüşmədik,

Min dəvəyə yükdür az qəmim.

Min həsrət oduna yandırma,

Dön indi yanıma, həmdəmim!

 

Min il oldu, biz görüşmədik…

 

Məktub

 

Məktub yazdım, ey səma, yerə,

Səbalarına verək yetirsin.

Acı yuxudan oyanmaq üçün,

Nəfəsini versənə, gətirsin.

 

Məktub yazdım… Sevinmədən de

Həyatımda  tüğyan edən eşqə alqış.

Onsuz söylə ki, kədər meydanı bahar,

Və bahara qayıtmayacaq qış.

 

Məktub yazdım… Dalğın baxışlarım,

Gözlərinə  mehrin həsrətində.

Alıb gələrsən deyə gözlədim,

Qaynar bir çeşmə var qəlbində.

 

Məktub yazdım… Bilirəm bu an,

Xəyallarının hamısı məndə.

Göz yaşların altısıra, ağlarsan,

Sonunda mənimtək dəli sən də.

 

Məktub yazdım və məktublarım,
Günəşə, Aya bax, qoruyar!

Məktublarım tilisman olub,

Səni bəladan, qəzadan saxlar.

 

***

Gecədən, gözümdən şikayətim yox,

Amma saat iki… mən hələ oyaq.

Şeirə can verib dinclik tapıram,

Gecənin ilhamı  məndən çox uzaq.

 

Yazım, ya yazmayım, qarışmaz heç kim,

Cavab verməyə də deyiləm məcbur.

Amma bu, könlümün mənə buyruğu,

Ürək xahişindən keçmək də  olmur.

 

Mən tənha deyiləm, baxın, bəxtliyəm,

Doğru…  az olsa da bu rahatlıqlar.

Dolur ağ kağıza ağ arzularım,

Ürək sarayıma fərmanlarım var.

 

Bilirəm… bitirəm… üzüm sabaha,

Dan isə mənə zövq, dinclik verəcək.

Yazıram… həyatı sevdiyim kimi –

Bəxtli şairəsin həyat sevəcək!

 

Bəxtnaməm

 

Səni sevə-sevə günüm ötməkdə,

Könül verib yandım, sezmədin amma.

Canla cahanıma, yiyəsən həm də,

Aydan daha nurlu duyğularıma.

 

Sənsən xəyalımda, getsəm, otursam,

Xəyalım tərk etməz səni bircə an.

Sənin əllərində titrəməkdədir,

Böyük bəxtnaməmə düşməyir imzan.

 

Bir yanıt yazın