Zilaləbanu Xalıqova 1987-ci ilin yanvar ayının 15-də Jizzah şəhərində dünyaya gəlib. 1993-cü ildə H.Alimcan adına 21 nömrəli orta məktəbdə təhsil almağa başlayıb. 2004-cü ildə Sənət Kollecinin “Milli rəqs” bölməsini imtiyazlı olmaqla tamamlayıb. Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunu 2024-cü ildə bitirib.

“Unutmaq asan deyil”, “Leyli nəğməsi”, “Gövhərim var”, “Könülə yol”, “Sükunət məlakəsi”, “Yalqız quş” (özbək dilində), “Yalqız quş” (Azərbaycan dilinə uyğunlaşdırılaraq) kitabları çap olunub.

Özbəkistan Yazıçılar Birliyinin üzvüdür.

 

***

Həyəcan… göy gurultusu,

Payız havasını çalmaqda varlıq.

Bədənim yığılır, soyuq titrək bu

Bu nədir, Xaliq?!

 

O gedən kimdir?

İşarə edən qız…

O görünməz, çox qəlbəyatan.

Saçları yayılmış,

Ürəyi sınmış

Allahım, məni də onuntək sevdir!

 

Varlığı,

Adəmi,

Aləmi,

Oxusun təbiət dilini.

Anlasın ruhiyyət elmini.

O qayıtsın,

O mənim ilhamım

Olmasın əvvəldən istədim.

 

O – noyabr,

Göz yaşına qərq olan.

Təmiz köynəyini palçıqlı edən

Noyabr o!..

 

Təmtənha yol,

Saralmış guşədə

Bürünüb yatır bir qaraltı…

 

***

Yenə yazmağım gəlir,

Adı yox, naməlun şəxs haqda nağıllar.

Darıxıram,

Yayda darıxdığım kimi

Şiddətli  küləyin acısın.

Yenə, yenə düşünürəm.

Gümanmı, ya inamlar haqda

Səslənməyən kövrəkliyi deyib

Yalvardım Allaha…

Şikayətlənmədim.

Heç haçan, indi

Yalnız məni, məni bürüyüb tor, söz

Xəzan fəsli deyilsən ki, sən

Gözəl üzlü, sarısaçlı payız!

İnanıram

İnanmağım gəlir

Mövcud olan ilahi eşqə

Damarımda rəqs eləyər duyğu

Dərdli mahnıya.

Könül, səni hədiyyə edib

Sözlər sehrin etdimi cadu?

Sınaqlarda can dərdi çəkdi

Kədərsiz ahu…

Naməlum şəxs haqda nağıllar.

Qəlb dəftərim şeirlə dolubdu.

Ümid arzuya sarı yol alar…

 

Dəniz nəğməsi

 

Haray çəkir dəniz gurultusu.

Pıçıldayır şəfəqə baxıb.

Çalınmaqda payız tənburu,

Dalğa getdi nədən tez axıb?

 

Qumluqlara çırpılar arxayın.

Tullantıları səpər üstünə

Duyğu kimi köpüklədər ağın,

Aşiq edər qəfil özünə.

 

Gəmilərin qanadı yüksək

Arzumtək vüqarlı, güya.

Xəyalımda olunca sevincək,

Dəniz olub duyular dünya.

 

Dalğa olub coşdum hər səfər

Baxışın səslənər,  yaxşıca aldadar.

Gözlərinə höpub getsəm əgər,

Ey yar, məni gəzmədən axtar.

 

***

Modernə vurğunsuzmu,

Xəyalınız harada gəzər?

Lirik havanı pay almaz şair

Qəlb nidasın bəs haradan sezər?!

Ruhla cism qəlblə tutuşar,

Biri ölsə, biri diritək.

Bu belədir, ey şair qardaş,

Sözü yaymaq neçün diritək?

Qafiyəyə oturmaz misra

Qaş-gözündən ayrıtək o üz.

Boranlarda yayılıb gedən

Boranlarda yayılıb gedən

Yığılıb qalar yalançı bir söz!..

Böyük söz söylədim deyib dirənər

Minbərdəkitək hayqırıb qalar

Mənim qəlbim dərdləri çəkər

“Leqo” kimi sözdən göz dolar…

Pramida düzəltmə sözlər.

Ruhu salar bəzən qınağa.

Lirik mahnını dinlədiyimdə

Çəkilib getməyim gəlir uzağa

Şeytanlıq hər sətirə baxıb.

Ürəyimi pələng gəmirər

Modernmi, klassikmi, yaxud?..

Allahı mədh eləsək necədir

Dəyişməkdə ağıl və duyğu,

Dəyişməkdə yönəliş, üslub.

Hansı yöntəmdə yazsa da o,

Şairliyi etməkdə arzu!

Ağ vərəq hamıya yetər,

Dərd doğulsun, yeriyib addasın.

Hansı mövzuda yazılsa da şeir.

Minbər qucub zinhar hayqırmasın.

 

***

Mən bir vaxtlar arzu edərdim,

Fərəhli keçərdi günlərim.

Gözümün önündə gülümsəyib,

Əzizləyib deyərdin: Dilbərim…

 

Məftun olurdum sözlərinə,

Sevginə darıxdım, darıxdım…

Baxmayanda gözlərinə,

Ağrındım, yarım, ağrındım.

 

Möcüzə gözlərəm hər axşam,

İlahi bir nura göz dikib,

Özümü mən tamam itirdim

Bu tale, bu eşqə isinib.

 

Çox şadam, sübh açmaz bağlarda.

Quşlar da sayrışmaz, sükunət

Göz diksəm zirvəli dağlara.

Gəzişər qırılmış ruhiyyət.

 

Göylərin tağına baxdıqca.

Axtarram min səbəb, işarə.

Görməyib bu dünya, vay-veyla

Mənimtək dərmansız, biçarə.

 

Hər insan dərk edər xətasın

Sən özün dərdimi bilərsən.

Dinləsəm quşların avazın

Bilirəm, sən yetib gələrsən.

 

Hər şeyə razıyam, sən gəlsən.

Haradan başlanar saf həyat.

Qəlbimdə fəryadlar dinəntək

Alışıb canlanar xoş büsat.

 

Sevdiyim bir vaxtda səbrimə,

Hazırda, xoş olar, çevir üz…

Düzəlib, nöqsansız gələrəm,

Qarşında dayanar sağlam qız.

 

Azərbaycan dilinə uyğunlaşdıran: Şahməmməd Dağlaroğlu

Bir yanıt yazın