İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin məktəbəqədər təhsil ixtisası üzrə sınaq təcrübəsini uğurla başa vuran tələbələrin adı çəkilən müddətdə qazandıqları bilik və təcrübələrin qiymətləndirilməsi məqsədilə yekun imtahan keçirilib. Bu imtahan tələbələrin praktik fəaliyyətdə əldə etdikləri nəticələrin və peşə hazırlığının səviyyəsinin obyektiv şəkildə dəyərləndirilməsini təmin etmək məqsədi daşıyır.
İmtahan zamanı tələbələr pedaqoji prosesin təşkili, uşaqlarla ünsiyyət bacarığı, təlim-tərbiyə metodlarının tətbiqi, oyunların təşkili və qiymətləndirilmə meyarları üzrə bilik və bacarıqların nümayiş etdiriblər. İmtahan komissiyası müəllim heyəti və müəssisə nümayəndələrindən ibarət olub. Hər bir tələbənin fəaliyyəti ədalətli və şəffaf şəkildə qiymətləndirilib. Nəticələr göstərib ki, tələbələrin böyük əksəriyyəti məktəbəqədər təhsil müəssisələrində işləməyə hazır səviyyədədirlər və gələcək pedaqoji fəaliyyət üçün əsas baza biliklərini mənimsəmişlər.
E.Həsənov

