5 may 2025-ci il tarixdə İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Rayon Sektorunun və İsmayıllı Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə esse müsabiqəsi keçirilib.

Öncə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəis müavini Fərhad Qurbanov və idarə əməkdaşları, İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, İsmayıllı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov, müəllimlər, ümumtəhsil məktəblərinin və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin şagirdləri iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünün qeyd edilməsi, Ulu öndərin məfkurəsinin və azərbaycançılıq ideologiyasının gənclər arasında təbliği, onların bilik və bacarıqlarının qiymətləndirilməsi ilə istedadların üzə çıxarılması olub.

Müsabiqənin nəticələri müəyyən olunduqdan sonra qaliblər Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılıb.

F.Qurbanov

Bir yanıt yazın