İsmayıllı Rayon İcra Hakimiyyəti, Rayon Prokurorluğu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə birlikdə rayonun Heydər Əliyev Mərkəzində RİH-i başçısının İnzibati Ərazi Dairəsi üzrə nümayəndələrinin, inzibati orqan işçilərinin, bələdiyyə sədrlərinin, dini icma üzvlərinin, təhsil sektoru əməkdaşlarının, valideynlərin, müəllimlərin, tibb işçilərinin iştirakı ilə erkən evliliklər və qohum evliliklərinin qarşısının alınması məqsədilə qanunvericiliyə edilən dəyişikliklər barədə ictimaiyyətin məlumatlandırılması istiqamətində maarifləndirici tədbir keçirib.

Tədbirdə erkən evlilik və qohum evliliklərinin fəsadlarından, qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riskindən, nikahın bağlanmasına mane olan hallardan danışılıb, qanunvericiliyə “erkən evlilik” anlayışının daxil edilməsi, 16 yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynlərinin məsuliyyətə cəlb olunmasından bəhs edilib.

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə əlaqəli maarifləndirmə materialları paylanılıb, video material nümayiş etdirilib.

Xatirə Bağırova

 

 

Bir yanıt yazın