İsmayıllı Rayon Mərkəzi Xəstəxanası PHŞ-in Tibbi Şurasının 2025-ci il üçün nəzərdə tutulan ilk genişləndirilmiş iclası keçirilib.

İclasda İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının direktoru Vidadi Rəhimov, baş həkim Nərgiz Rəhimova, Tibbi Şuranın üzvləri, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Xanlar Qəmbərov, Epidemiologiya şöbəsinin müdiri Elburus Bağırov, Ailə Sağlamlıq Mərkəzinin müdirləri, kənd həkim və tibb məntəqə müdirləri iştirak edib.

Tibbi Şuranın gündəliyində: İsmayıllı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 2024-cü ilin 12 ayı ərzində fəaliyyəti barədə hesabatı, İsmayıllı RMX PHŞ-in 2025-ci il üçün fəaliyyət planı və qarşıda duran məsələlər, Xəstəlik vərəqələrinin doldurulma qaydaları müzakirə olunub.

Tədbirdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının direktoru Vidadi Rəhimov 2024-cü ildə görülən işlər, qazanılan nailiyyətlər və qarşıda duran vəzifələr haqqında hesabat xarakterli çıxış edib, aidiyyatı struktur bölmə rəhbərlərinə lazımi göstəriş və tapşırıqlarını verib.

Baş həkim Nərgiz Rəhimova 2025-ci il üçün İsmayıllı RMX-nın fəaliyyət planı ilə kollektivi tanış edib, həmin məsələlər haqqında qarşılıqlı müzakirələr aparılıb və keyfiyyətli tibbi xidmətin göstərilməsi yönündə kollektiv üzvlərinə lazımi tövsiyələrini çatdırıb.

Sonda TƏBİB-dən gələn məktub əsasında aidiyyatı struktur bölmə rəhbərləri ilə xəstəlik vərəqələrinin doldurulması məsələləri müzakirə olunub.

İsmayıllı Rayon Mərkəzi Xəstəxanası PHŞ-in fəaliyyətinin əsas istiqamətləri əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi və həmin xidmətlərin əlçatanlığının təmin olunması, sığorta fəaliyyətinin genişləndirilməsidir. Qarşımıza qoyduğumuz ən başlıca məqsədimiz göstərilən tibbi xidmətlərin fonunda vətəndaş məmnunluğunun təmin edilməsidir!

L.Əliyeva

 

Bir yanıt yazın