Bir kənddə, eyni gündə doğulan iki şəhidin doğum günü qeyd olunub.

44 günlük Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını vətənə qurban verən, eyni ayda, eyni gündə və eyni kənddə dünyaya göz açan Kürdmaşı kənd qəhrəmanları 22 mart 1991-ci il təvəllüdlü Ağazadə Emin Valik oğlu və 22 mart 2001-ci il təvəllüdlü Əliyev Fərid Hamlet oğlunun doğum günləri Kürdmaşı kənd qəbiristanlığında məzarları yanında anılıb.

Mərasimdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP İsmayıllı rayon təşkilatının fəalları, şəhid ailələri, şəhidin yaxınları, müharibə iştirakçıları və kənd sakinləri iştirak ediblər.

Öncə kənd qəbiristanlığında şəhid Emin Ağazadənin xatirəsinə qazılmış artezian quyusunun açılışı olub. Sonra şəhidlərin məzarı ziyarət olunub, önünə gül dəstələri qoyulub, şəhidlərin ailə üzvlərinə başsağlığı verilib, ruhlarına dualar oxunub.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

Bir yanıt yazın