Bir ata qızında kitab oxumağa maraq yaratmaq üçün ona deyir:

– Bax, qızım, əgər sən bu kitabı oxuyub başa çatdırsan, sənə 50 manat pul verəcəyəm.

Qız bu təkliflə razılaşır, amma kitab oxumağa da həvəsi gəlmir. Düşünür və ağlına belə bir fikir gəlir; “Yaxşısı budur, bu kitabın nədən bəhs etdiyini internetdən öyrənib əzbərləyim. Atam soruşanda mövzunu danışaram, bitər. 50 manatı da alaram”.

Və axtarıb həmin kitabın iki səhifəlik, nədən bəhs etdiyini tapır, yaxşıca da əzbərləyir. Atası başa düşməsin deyə, bir həftə də gözləyir.

Həftənin sonunda qız  atasının yanına gəlib deyir:

– Kitabı oxudum. 50 manatı ver.

Ata deyir:

– Sən hələ bir mənə kitabın məzmununu danış.

Qız əzəblədiyi sözləri atasına danışandan sonra da 50 manatı istəyir.

Atasının cavabı isə gözlənilməz olur:

– Yox, qızım, məni aldadırsan. Sən kitabı oxumamısan. Əgər oxusaydın, arasındakı 50 manatı görərdin.

Bircə Əliyeva

 

Bir yanıt yazın