Dekabr ayının 7-də İsmayıllıdakı Uşaq kitabxanasının oxu zalında “Dağ çiçəkləri” ədəbi məclisi ilin növbəti toplantısını reallaşdırıb.
İştirakçılar məclisin yaranması və formalaşmasında danılmaz əməyi olmuş Xalq şairi Musa Yaqubun adının ədəbi mühitdə ehtiramla anılması məqsədi ilə Musa Yaqub ruhlu “Dağ çiçəkləri” adlandırılması qərarına gəliblər.
Məclisin rəhbəri şair Şahməmməd Dağlaroğlu çapdan yeni çıxmış “Sən yaşa, Azərbaycan” adlı kitablarını qələm dostlarına hədiyyə edib.
Məclisə təşrif buyurmuş İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri, yazar Valeh Salehov Azərbaycan dili və ədəbiyyat müəllimi kimi qələm sahiblərinə tövsiyələrini verib. Dilimizin saflığının qorunması və ədəbiyyatımızın inkişafı məsələsinə ciddi yanaşılmasını məsləhət görüb.
Məclisdə səsləndirilən və bəyənilən qələm nümunələri “İsmayıllı xəbərləri” qəzetində dərc olunmaq üçün qəbul olunub.
Toplantı gözlənildiyi qədər maraqlı və məzmunlu keçib.
“İsmayıllı xəbərləri”

