Milli Məclisin deputatı Novruzəli Aslanov oktyabrın 24-də İsmayıllı rayonunda vətəndaşları qəbul edib. Millət vəkilinin hər həftənin dördüncü günü keçirdiyi belə görüşlər artıq ənənəvi hal alıb. Keçirilən qəbul zamanı sakinləri qayğılandıran məsələlər müzakirə olunub. N.Aslanov məsələləri qeydə alaraq, onların həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.
Qeyd edək ki, deputatın İsmayıllı rayonunda vətəndaşlarla keçirdiyi görüşlərdə II Qarabağ müharibəsində, həmçinin 2023-cü ildə keçirilmiş anti-terror tədbirinin gedişində Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələri ilə və qazilərlə görüşlər hər zaman xüsusi yer tutur. Deputat bu kateqoriyaya aid olan insanların daim acılarını bölüşür, onların arzu və istəklərinin yerinə yetirilməsi məqsədilə əməli tədbirlər görür. Bu baxımdan oktyabrın 24-də keçirilən görüş də istisna olmayıb. Həmin gün Novruzəli Aslanov daha üç şəhidimizin şəhadətlərinin ildönümü münasibətilə onların ailələri ilə görüşüb.
Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin öz çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan həm Vətən müharibəsində, həm də keçən il keçirilmiş antiterror əməliyyatlarında əldə etdiyi parlaq tarixi Qələbələrinə görə qəhrəman hərbçilərinə, şəhid və qazilərinə borcludur. Buna görə də Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.
Deputat Novruzəli Aslanovun İsmayıllı rayonunda keçirdiyi qəbulda iştirak edən sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya vətəndaaşlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

İsmayıllı xəbərləri”

 

 

Bir yanıt yazın