4 noyabr 2024-cü il tarixdə İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Sektorunun və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş esse müsabiqəsi keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi, gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin inkişaf etdirilməsi, onların bilik və bacarıqlarının qiymətləndirilməsi ilə istedadlarının üzə çıxarılması olub.

Müsabiqədə İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Bəhruz Xələfov, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəis müavini Fərhad Qurbanov və idarə əməkdaşları, Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov, Dağlıq Şirvan Regional Təhsil İdarəsi İsmayıllı Sektorunun müdiri Rəşid Məmmədov və metodisti Ülviyyə Zeynalova, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov və məktəblilər iştirak ediblər.

Bütün tədbir iştirakçıları ilə birgə vətənpərvər gənclərin qələmindən çıxmış rəsm əsərlərinə baxış keçirilib. Daha sonra isə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. Filmə baxışdan sonra  müsabiqə açıq elan edilib. Müsabiqə üçün ayrılmış vaxt başa çatdıqdan sonra iştirakçılar xatirə şəkli çəkdiriblər

Müsabiqənin qalibləri müəyyən edildikdən sonra təşkilat komitəsi tərəfindən diplomlarla mükafatlandırılacaqlar.

Ü.Zeynalova

Bir yanıt yazın