İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırovun vətəndaşların problemlərinin həlli istiqamətində yerlərdə keçirdiyi səyyar görüş qəbullardan əlavə hər həftənin çərşənbə günü RİH-nin inzibati binasında növbəti qəbulu keçirilir.
İsmayıllı rayonunda aidiyyatlı idarə və təşkilat rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda rayon sakinlərin müraciətləri dinlənilib. Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib məsələlər ilə bağlı müvafiq qurumlara tapşırıqlar verilib.
Başçı bundan sonra da qayğılı vətəndaşların daim diqqətdə saxlanılacağını qeyd edib.


