İsmayıllı rayon icra Hakimiyyətinin iş planına uyğun olaraq vətəndaşlarla növbəti səyyar qəbul rayonun Xanagah kəndində keçirilib. Qəbulda rayonun xidməti idaraə və müəssisələrin məsul şəxsləri ilə bərabər kənd kəndin sakinləri iştirak ediblər.
Səyyar qəbuldan əvvəl Birinci Qarabağ müharibəsi şəhidi Mirzəyev Azad Ələddin oğlunun xatirəsinə tikilmiş bulaq-abidə ziyarət olunub. Daha sonra İkinci Qarabağ müharibəsi şəhidi Babayev Kamalın xəstəlikdən əziyyət çəkən anası yaşadığı ünvanda evində ziyarət edilib, ehtiyacları diqqətə alınıb.
Xəbər verdiyimiz kimi, bu kimi görüşlər Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun, vaxtaşırı olaraq rayonun kənd və qəsəbələrində keçirilir.
Xanagah kəndində keçirilən qəbulda da vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb və hər birinin həlli üçün müvafiq tapşırıqlar verilib.


