İsmayıllı Rayon İcra Hakimiyyətində rayon məktəbliləri sırasından “Uşaq Səfirlər Məclisi”nə seçilən şagirdlərlə görüş keçirilib. Görüşdə İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının müavini, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Sevil Əhmədova seçilən şagirdlərə məclisin fəaliyyəti, görüləcək işlər və nəticələrin əhəmiyyəti barədə məlumat verib.

Adı çəkilən məclis üzrə ötən il üzv seçilən Lahıc qəsəbə tam orta məktəbinin şagirdləri Zeynəb Abbasova və Leyla Ağamalıyeva yeni üzvlərlə öz təcrübələrini bölüşüblər.

“Uşaq Səfirlər Məclisi”nin məqsədi uşaqların müxtəlif tədbirlərdə müstəqil şəkildə fəallığının artırılması, təşkil olunan ictimai işlərdə dəstək göstərilməsindən ibarətdir.

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir