Özbəkistan Respublikasının Xalq şairi və Xalq Qəhrəmanı
Novruz
Əvvəl ürəyinə boylanacaq o,
Sonra tumurcuğa öyrədəcək söz.
Torpağın gözündən qaçacaq yuxu,
Demək bahar gəlir,
Gəlməkdə Novruz.
Qışın əhvalına baxıb, yorulub,
Göz yaşı tökməklə əriməkdə buz.
Ətrafı bənzərsiz gözəllik tutub,
Demək bahar gəlir,
Gəlməkdə Novruz.
Ana qucağıtək istidir aləm,
Yuxudan oyanır sanki tala, düz.
Qaldı künc-bucaqda xəzan adlı qəm,
Demək bahar gəlir,
Gəlməkdə Novruz.
Yenə könüllərdən rütubət getdi,
Yenə şölələrdən qamaşmaqda göz.
Yenə yar olmağın fürsəti yetdi,
Demək bahar gəlir,
Gəlməkdə Novruz.
Sən baharçün darıxdınmı?
Oyanmış bağlarını gəzdim,
Tapım dedim çəmənlərdən izini.
Yanağından rəng alıb dedim.
Laləzara vurdum üzümü
Amma tapammadım özünü,
-Sən baharçün darıxmadınmı?
Uzaqlarda qızılı dağlar,
Xəyalımı aldılar, yol kəsib.
Keçdi nə qədər həsrətli çağlar,
Vəslin mənə olmadı nəsib.
Sənsiz mən də, bahar da qərib,
-Sən baharçün darıxmadınmı?
Yamaclarda gəzməkdə ahu,
İtburnu kolunda quşcuğaz
Qarlardan əriyib gələn su,
Dərədə səs salmamış axmaz.
Fəqət, baxışımda sən tapılmaz,
-Sən bahardçün darıxmadınmı?
Budur, Novruzum bir aləm,
Dostlarıma güllər dərərəm.
Haradasan, sevgili körpəm…
Əlimdə gül, səni gözlərəm,
Ömrüm boyu haray çəkib ötərəm,
-Sən baharçün darıxmadınmı?