“Qızıl Şah-2024” 4-cü Respublika Çempionatında İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzini təmsil edəcək komanda üzvlərinin seçim turu keçirilib və qaliblər müəyyənləşdirilib.
Gərgin çalışmalardan sonra birinci yerə layiq müvəffəqiyyət Səid Teymurludan gəlib. İkinci yeri yeri tutmaq Şahin Hacıyevə nəsib olub. Seçim turunun üçüncüsü Aslan Hüseynli olub.
Qeyd edək ki, Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (Azerbaijan Culinary Specialists Association – Chefs.Az) tərəfindən keçirilən “Qızıl Şah-2024” 4-cü Respublika Çempionatı üzrə daxili yarışların ümumilikdə, regionlarda 8 peşə təhsili müəssisəsində keçirilməsi planlaşdırılıb.
Rayonumuzu təmsil edəcək üçlüyə Sertifikatlar təqdim olunub. Onlara növbəti mərhələlərdə də uğurlar arzu edirik.
“İsmayıllı xəbərləri”