20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar İsmayıllı rayonunun Şəhidlər xiyabanı gün ərzində ziyarət olunub.
Ümumxalq Hüzn Günündə edilən ziyarətdə rayonun icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, habelə ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ziyarətdə Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən, qətlə yetirilən günahsız oğul və qızlarımızın əziz xatirəsi böyük ehtiramla yad olunub.
Rayon ərazisində saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Nəqliyyat vasitələrindən səs siqnalları verilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.