Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında  İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatında 2024-cü il üçün vətəndaşların qəbulu üzrə tərtib olunmuş cədvələ uyğun olaraq rayonun kənd və qəsəbələrində, eləcə də İsmayıllı şəhəri üzrə məhəllələrdə vətəndaşların səyyar qəbulu davam edir. Yanvar ayının 17-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov xidməti idarə və müəssisə rəhbərləri ilə birgə rayonun Qurbanəfəndi  kəndində keçirilən qəbulda sakinlərlə görüşüb.

Görüş zamanı  kəndin ümumi problemləri müzakirə edilib. Çıxış edənlərin  fərdi və sosial əhəmiyyət kəsb edən arzu və təklifləri dinlənilib. Bir qayda olaraq  araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb. Həmin məsələlərin aradan qaldırılması üçün  aidiyyəti üzrə təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Başçı cavabdeh şəxslərin diqqətinə çatdırıb ki,  problemlər yığılıb qalmamalı həllini ərazidə keçirilən qəbul və görüşlərdə deyil, gündəlik iş prosesində tapmalıdır. İş bu cür qurulduqda  vətəndaşın dövlətə olan inam və etibarı artır, dövlət-vətəndaş məmnunluğu  birlik və rahatlığımızı artırır. Odur ki, hər kəs vəzifə borcunu şərəflə yerinə yetirməyə çalışmalı və buna nail olmalıdır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir