Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçki marafonu davam etməkdədir. Bütün istiqamətlərdə seçki prosesi Azərbaycan Respublikası Seçki Məcəlləsi və Təlimatlarının tələblərinə uyğun, “Təqvim planı”nın göstərişlərinə müvafiq seçki hərəkətləri həyata keçirilir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin göstərişlərinə uyğun olaraq Dairə Seçki Komissiyasında və məntəqə seçki komissiyalarında yanvar ayının 17-dən etibarən trener qrupu tərəfindən treninqlər keçirilir. Bölgələrə uyğun olaraq artıq Kürdmaşı, İvanovka, Diyallı kəndlərində qruplar şəklində proses sona çatdırılmışdır.
Məntəqə seçki komissiyalarında keçirilən treninqləri 89 saylı İsmayıllı Dairə Seçki Komissiyasının trenerləri, komissiya Katibliyinin baş məsləhətçisi Eldar Əliyev və böyük məsləhətçi Səxavət Ağayev idarə edirlər.
Treninqlər yanvar ayının 24-də başa çatdırılıb. Bu tədbirə əvvəlki seminarlara cəlb olunmamış məntəqə seçki komissiyalarının məsul üzvləri iştirak ediblər.
Treninqdə vacib məsələlərə açıqlanma verməzdən öncə, Vətən torpaqlarının azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“İsmayıllı xəbərləri”