24 yanvar 2024-cü il tarixdə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin nəzdində yaradılmış ekspert qrupu üzvlərinin toplantısı keçirilib.

Mərkəzin direktoru Lətifə Əliyeva ekspert qrupunun üzvlərini salamladıqdan sonra müxtəlif tarixlərdə Vətən torpaqlarının bütövlüyü və azadlığı uğrunda  canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ekspert qrupunun üzvləri ilə, səmimi söhbət şəraitində keçən görüşdə 2023-cü ildə görülmüş və 2024-cü ildə icrası nəzərdə tutulan işlər birlikdə nəzərdən keçirilib.

Qrupun üzvlərindəm Valeh Salehov, Hafiz Kərimov, Lətifə Tağıyeva, Aynurə Mirzəliyeva, Şahməmməd Soltanov, Ülviyyə Zeynalova, Rahim Orucov, Xuraman Qurbanova, Elşən Həsənov çıxışlarında hesabat xarakterli tədbirin keçirilməsini, xüsusilə də Mərkəzin ötən il ərzində gördüyü işləri yüksək dəyərləndiriblər. Mərkəzin işində yaxından iştirak etmiş ekspert qrupunun üzvlərindən bir necəsinə Təşəkkürnamələr təqdim olunub.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Bəhruz Xələfov iştirak edib. Cari ildə hansı tədbirlərin həyata keçiriləcəyi barədə müzakirələr aparılıb. Sonda xatirə şəkli çəkilib.

Bəhruzə Ağazadə,

Mərkəzin əməkdaşı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir