İsmayıllı rayonundan olan mülki şəhid Vüsal Qəndiyevin anım günü məzarı başında, 10 dekabr tarixində qeyd olunub. Anadan olduğu Qurbanəfəndi kəndində şəhidin məzarı ictimaiyyət nümayəndələri, şəhid ailələri, şəhidin yaxınları, kənd sakinlərinin iştirakı ilə ziyarət olunub, ruhuna dualar oxunulub, yaxınlarına və ailəsinə başsağlığı verilib.
V.Qəndiyev 2021-ci ilin dekabr ayının 9-da, doğum gününə bir gün qalmış Şuşa şəhərində tikinti-quruculuq işləri apardığı zaman, ermənilərin əraziyə basdırdığı piyada və tank əleyhinə minaya düşərək şəhid olub. 10 dekabr tarixində Qurbanəfəndi kənd qəbiristanlığında dəfn olunub.
Allah şəhidlərimizə rəhmət eləsin!