Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirtdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsində İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülçöhrə Fərəcova “Çağırışaqədərki hazırlıq müəllimlərin inkişaf düşərgəsi” adlı layihə ilə qalib olub.

Layihənin icrasına 15 sentyabr 2023-cü ildən start verilib və 5 dekabr 2023-cü il tarixdə “Çağırışaqədərki hazırlıq müəllimlərinin inkişaf düşərgəsi” adlı layihənin bağlanış tədbiri keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri G.Fərəcova həyata keçirilmiş layihənin əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verib, layihənin əsas məqsədi və layihə çərçivəsində işlərin  uğurla başa çatdırılmasından danışıb. O qeyd edib ki, layihənin həyata keçirilməsində əsas məqsəd ümumtəhsil məktəblərində çağırışaqədərki hazırlıq dərslərinin keyfiyyətini yüksəltmək, bu sahə üzrə fənn müəllimləri ilə metodika, pedaqogika və psixologiyadan təlimlər keçməklə onların peşəkarlıq imkanlarının inkişafını təmin etmək olub.

Tədbirdə çıxış edən Əməkdar müəllim, Təhsil Şurasının İsmayıllı rayon üzrə sədri Şəfaqət Rəsulov, mövzu üzrə ekspert və layihənin təlimçisi, Əməkdar müəllim Əsgər Manafov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı  (ATİAHİ) İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, məktəbin direktoru, Əməkdar müəllim Qalib Bəşirov və başqaları layihənin zamanla uyğunlaşmada yararlılığından, müasir dövr üçün aktuallığından, həyata keçirilməsində əldə olunan nəticələrin əhəmiyyətindən danışıblar.

ATİAHİ İsmayıllı Rayon Komitəsinin sədri H.Kərimov uğurlu fəaliyyətinə görə layihə rəhbəri G.Fərəcovaya Fəxri fərman və qiymətli hədiyyə təqdim edib. Sonda xatirə şəkli çəkilib.

İsmayıllı xəbərləri”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir