12 dekabr 2023-cü il tarixində İsmayıllı rayon Məhkəməsində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən öncə məhkəmə və ədliyyə işçiləri ulu öndər Heydər Əliyevin İsmayıllı rayonundakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Dünya şöhrətli siyasi xadimin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Keçirilən tədbirdə İsmayıllı Rayon Məhkəməsinin sədri İlqar Hüseynov çıxış edərək Ulu öndərin keçdiyi həyat yolu haqqında geniş məlumat verib. Bildirib ki, bu dahi şəxsiyyətin irsini öyrənmək, təbliğ etmək, bu irsdən faydalanmaq, onu gələcək nəsillərə çatdırmaq bu gün dövlətimizin qarşısında duran vacib məsələlərdən biridir. Ulu öndər respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdən öz xalqının öndəri olaraq Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm təməl qoyub.
O, həmçinin 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin Azərbaycanı parçalanıb yox olmaq təhlükəsindən qurtaran tarixi şəxsiyyət olduğunu diqqətə çatdırıb.
İ.Hüseynov çıxışında ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra hüquq sistemində mütərəqqi islahatların, qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini də vurğulayıb.
E.Qasımova