İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri ilə birgə növbəti dəfə rayonun bir qrup sakinini qəbul edib. Qəbula gələnlərin müraciətləri dinlənilib.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərdən baxılması icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olanları yerindəcə həll olunub. Araşdırma tələb edən müraciətlərin həlli üçün müvafiq idarə, müəssisə rəsmilərinə tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda diqqətlə dinləyən icra başçısı qaldırdıqları bütün məsələlərin həlli üçün aidiyyəti idarə, müəssisə və təşkilatların cavabdehliyindən söz açıb. Problemlərin yaranmasında bilavasitə onların öz vəzifələrinə laqeyd yanaşmalarının mövcudluğunu vurğulayıb.
Başçı yerlərdə vətəndaşların gündəlik qayğı ilə əhatə olunmalarının vacibliyini yerli icra nümayəndələrinin, bələdiyyələrin, eləcə də xidməti idarə rəhbərlərinin diqqətinə çatdırıb. Qeyd edib ki, sakinlərin qaldırdıqları problemlərə yerində operativ yanaşılarsa, onlar dəyərli vaxtlarını rayon mərkəzinə gediş-gəlişə və yuxarı instansiyalarda qəbullarda keçirməzlər.