Dekabrın 27-də Azərbaycan Milli QHT Forumunun Şəki şəhərində regional forumu keçirilib.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni QHT təmsilçilərinin fəaliyyətindən bəhs edərək vurğulayıb ki, cəmiyyətin inkişafı üçün aktiv ictimai iştirakçılıq vacibdir.
“Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova qeyd edib ki, son 20 ildə QHT-lərin beynəlxalq əməkdaşlıq sferasında da aktivliyi müşahidə olunur.
“Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Mürsəl Möhübbəli, “Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyinin sədri Elmira Mehdiyeva da çıxış edərək QHT-lərin fəaliyyətlərindən bəhs ediblər.
Forumda bildirilib ki, AMQF-nin regional forumları yanvarın 8-dək davam edəcək. Regional forumların dekabrın 29-da Gəncədə, 2024-cü il yanvar ayının 8-də Naxçıvanda davam etdirilməsi nəzərdə tutulur.
Yanvarın 10-da isə Azərbaycan Milli QHT Forumu Bakıda Ümumrespublika Forumu keçirəcək.
“İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin sədri Şahməmməd Soltanov keçirilən forumdakı çıxışında ölkəmizin tərəqqisi, Azərbayçan xalqınin rifahı naminə hədəf seçilən bütün məqsədlərin uğurla nəticələnəcəyinə ümidvar olduğunu bildirib.
“İsmayıllı xəbərləri”