Qü­rur­ve­ri­ci­dir ki, müs­tə­qil­li­yi­mi­zin növbəti il­dönümünü Qə­lə­bə qa­zan­mış, Zə­fər çal­mış xalq ki­mi, döv­lət ki­mi qeyd edirik. 2020-ci ilin 8 no­yabr ta­ri­xi­ni səl­na­mə­si­nə Zə­fər Gü­nü ki­mi ya­zan öl­kə­miz bir da­ha sö­zün əsl mə­na­sın­da müs­tə­qil si­ya­sət yü­rüt­dü­yü­nü, heç ki­min dik­tə­si ilə otu­rub dur­ma­dı­ğı­nı, mil­li ma­raq­la­rın hər şey­dən ön­də da­yan­dı­ğı­nı dün­ya­ya nü­ma­yiş et­dir­di. Xal­qı­mız dil­lər­də əz­bər olan “Zə­fə­rin mü­ba­rək, Azər­bay­can!” ça­ğı­rı­şın­dan fə­rəh his­si ke­çi­rir, bu gü­nü gec-­tez ya­şa­ya­caq­la­rı­na şüb­hə­lə­ri­nin ol­ma­dı­ğı­nı bil­di­rir­lər. Çün­ki müs­tə­qil Azər­bay­ca­nı­mız 1993-cü il­dən elə bir uğur­lu yo­la çı­xıb ki, an­caq in­ki­şaf, tə­rəq­qi, prob­lem­lə­rin həl­li, xal­qın sa­ba­ha ümid­lə­ri­nin bö­yük­lü­yü, Pre­zi­den­ti­nə ina­mı və eti­ma­dı ar­xa­da qa­lan il­lə­rin əsas xa­rak­te­ris­ti­ka­sı olub.

Da­hi şəx­siy­yət Hey­dər Əli­yev bil­di­rir­di ki, müs­tə­qil­li­yi qa­zan­maq nə qə­dər çə­tin­dir­sə, onu qo­ru­yub sax­la­maq bir o qə­dər çə­tin­dir. Bu­gün­kü uğur­la­rı­mız üçün ki­mə bor­c­lu ol­du­ğu­mu­zu gənc nə­sil bil­mə­li­dir. Bu, in­ka­re­dil­məz hə­qi­qət­dir ki, əgər ulu ön­dər Hey­dər Əli­yev 1993-cü il­də xal­qın tə­kid­li tə­lə­bi ilə ha­ki­miy­yə­tə gəl­mə­səy­di, bu gün Azər­bay­can bəl­kə də an­caq bir ya­rım­müs­təm­lə­kə ki­mi ya­şa­ya bi­lər­di. Hey­dər Əli­yev Azər­bay­ca­nı müs­tə­qil­li­yi­ni itir­mək, bir döv­lət ola­raq dün­ya­nın si­ya­si xə­ri­tə­sin­dən si­lin­mək təh­lü­kə­sin­dən xi­las et­di. Ulu ön­dər hər bir öl­kə­nin in­ki­şa­fın­da sa­bit­li­yin əsas rol oy­na­dı­ğı­nı önə çə­kə­rək öl­kə­mi­zi xaos­dan, anar­xi­ya­dan xi­las et­di. Bu ta­ri­xi pa­ra­lel daim xal­qı­mız tə­rə­fin­dən apa­rı­lır ki, ümum­mil­li li­der Hey­dər Əli­yev ne­cə ha­ki­miy­yə­ti­nin bi­rin­ci döv­rün­də Azər­bay­ca­nı keç­miş İt­ti­fa­qın ge­ri­də qal­mış öl­kə­sin­dən ən qa­baq­cıl öl­kə­si­nə çe­vir­di, elə­cə də 1993-cü il­də ha­ki­miy­yə­tə qa­yı­dı­şı ilə Azər­bay­ca­nı ye­ni­dən qur­du. Azər­bay­can qı­sa müd­dət­də sa­bit­lik mə­ka­nı­na çev­ril­di, öl­kə­miz­lə iq­ti­sa­di əla­qə­lə­rin qu­rul­ma­sın­da ma­raq­lı olan döv­lət­lə­rin müs­tə­qil­li­yi­mi­zin ilk il­lə­ri­nin tə­rəd­düd­lə­ri­nə son qo­yul­du, Azər­bay­can qı­sa müd­dət­də in­ves­ti­si­ya­lar mə­ka­nı­na çev­ril­di. Ulu ön­də­rin uzaq­gö­rən si­ya­sə­ti­nin nə­ti­cə­si ola­raq iq­ti­sa­diy­ya­tı­mı­zın in­ki­şa­fın­da neft ami­li­nə yük­sək də­yər ve­ril­di, ma­lik ol­du­ğu­muz tə­bii re­sur­s­lar­dan sə­mə­rə­li is­ti­fa­də et­mək məq­sə­di­lə gər­gin səy­lə­rin nə­ti­cə­sin­də 1994-cü il 20 sen­t­yabr ta­ri­xin­də “Əs­rin mü­qa­vi­lə­si” im­za­lan­dı. Bu­nun­la da Azər­bay­ca­nın iq­ti­sa­di müs­tə­qil­li­yi­nin əsa­sı qo­yul­du, si­ya­si müs­tə­qil­lik üçün möh­kəm tə­məl for­ma­laş­dı.

Bu ümu­mi­ləş­dir­mə­ni apa­ra bi­lə­rik ki, Ümum­mil­li li­der ye­ni, müa­sir Azər­bay­ca­nı qur­du. O, “Mə­nim üçün hər şey­dən əziz mə­nim xal­qım­dır, mə­nim Və­tə­nim­dir, mə­nim tor­pa­ğım­dır” fi­kir­lə­ri ilə xal­qı­na, döv­lə­ti­nə bağ­lı­lı­ğı­nı ifa­də et­di. Onun dü­şü­nül­müş və məq­səd­yön­lü si­ya­sə­ti ilə Azər­bay­ca­nın gə­lə­cə­yi üçün möh­kəm ba­za for­ma­laş­dı ki, son 17 il­də bu si­ya­si kur­sun möh­tə­rəm Pre­zi­den­ti­miz İl­ham Əli­yev tə­rə­fin­dən uğur­la da­vam et­di­ril­mə­si nə­ti­cə­sin­də Azər­bay­can ən yük­sək zir­və­lə­ri fəth edir.

2003-cü il­dən baş­la­nan Bö­yük yo­lun da­va­mı­nın Azər­bay­ca­na qa­zan­dır­dı­ğı ən bö­yük uğur 30 ilin iş­ğa­lı­na, tor­paq həs­rə­ti­nə son qo­yul­ma­sı, əra­zi bü­töv­lü­yü­mü­zün bər­pa­sı­dır. Bu Zə­fə­ri şər­t­lən­di­rən amil­lər öl­kə­mi­zin ay­rı-­ay­rı sa­hə­lər­də qa­zan­dı­ğı uğur­lar, ən əsa­sı gənc nə­sil­də Və­tən, tor­paq sev­gi­si­nin də­rin­ləş­mə­si, və­tən­pər­vər­lik his­si­nin da­ha da ar­t­ma­sı­dır. 2003-cü il­də ke­çi­ri­lən an­diç­mə mə­ra­si­min­də Azər­bay­ca­nın da­ha qüd­rət­li döv­lə­tə çev­ril­mə­si üçün Hey­dər Əli­yev si­ya­sə­ti­nin da­vam et­di­ri­lə­cə­yi­ni bil­di­rən cə­nab İl­ham Əli­ye­vin son 17 il­də fəa­liy­yə­ti­nə diq­qət ye­tir­sək hər və­di­ni kon­k­ret əmə­li iş­də təs­diq­lə­di­yi­ni gör­mək müm­kün­dür.

Son 17 il­də Hey­dər Əli­yev si­ya­sə­ti­nin uğur­la da­vam et­di­ril­mə­si nə­ti­cə­sin­də öl­kə­miz sa­bit­lik di­ya­rı, iq­ti­sa­di mö­cü­zə­lər öl­kə­si ki­mi möv­qe­yi­ni da­ha da möh­kəm­lən­di­rib, müx­tə­lif mə­də­niy­yət­lə­rin, si­vi­li­za­si­ya­la­rın qo­vuş­du­ğu mə­kan­da yer­lə­şən öl­kə ola­raq bey­nəl­xalq təd­bir­lə­rə ev sa­hib­li­yi ilə diq­qət çə­kib. Bu gün Azər­bay­ca­na han­sı is­ti­qa­mət­dən bax­saq in­ki­şaf, tə­rəq­qi qa­çıl­maz­dır. Öl­kə­miz­də or­du qu­ru­cu­lu­ğu sa­hə­sin­də atı­lan ad­dım­la­rın uğur­lu nə­ti­cə­lə­ri də göz önün­də­dir. 44 gün­lük İkin­ci Qa­ra­bağ mü­ha­ri­bə­sin­də ta­rix ya­zan Azər­bay­can Or­du­su dün­ya­nın ən güc­lü or­du­la­rı sı­ra­sın­da ol­du­ğu­nu bir da­ha təs­diq­lə­di.

Hey­dər Əli­yev si­ya­sə­ti­nin uğur­la­rı­nın miq­ya­sı o qə­dər ge­niş­dir ki, bir ya­zı­da əha­tə et­mək qey­ri-­müm­kün­dür. Bun­la­rın ümu­mi­ləş­di­ril­miş ifa­də­si bu gün Azər­bay­ca­nın adı­nın ta­ri­xə qa­lib öl­kə, Pre­zi­dent İl­ham Əli­ye­vin qa­lib Sər­kər­də, xal­qı­mı­zın məğ­rur, ye­nil­məz xalq, or­du­mu­zun rə­şa­dət­li or­du ki­mi ya­zıl­ma­sı­dır. Ata və­siy­yə­ti­ni ye­ri­nə ye­tir­di­yi üçün özü­nü xoş­bəxt hiss edən döv­lə­ti­mi­zin baş­çı­sı İl­ham Əli­yev hər bi­ri­mi­zin qü­rur ün­va­nı­dır. Cə­nab İl­ham Əli­ye­vin ət­ra­fın­da də­mir yum­ruq ki­mi bir­lə­şən xal­qı­mı­zın li­de­ri­nə sev­gi­si son­suz­dur.

Ülvi Osmanlı

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir