Noyabr ayının 4-də İsmayıllı Rayon İcra Hakimiyyətinin və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Təhsil Sektorunun birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr edilmiş “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova bildirib ki, Ümummilli lider Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə tarixi xilaskarlıq missiyasını yerinə yetirib və Azərbaycanı tənəzzüldən, durğunluqdan, xaosdan çıxararaq inkişafa, tərəqqiyə doğru aparıb. O qeyd edib ki, bugünkü əzəmətli və qüdrətli Azərbaycan məhz Heydər Əliyevin şah əsəri, 44 günlük Vətən müharibəsində qazanılan müqəddəs Qələbə tarixi fəaliyyətinin bəhrəsidir.

Sonra Fəlsəfə doktoru, Lahıc qəsəbə tam orta məktəbinin direktoru Dadaş Əliyev, şəhər 7 nömrəli tam orta məktəbin direktoru, elmlər namizədi Etibar Abdulov və gənc müəllim Ülvi Osmanlı “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda çıxışlar ediblər.

Digər çıxış edənlər Ulu öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıblar.

Daha sonra məktəblilərin ifasında “Zəfər” kompozisiyası təqdim edilib.

Tədbirdən xatirə şəkilləri çəkilib.

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir